Generalların məhkəməyə çağırılması istənildi

Cəmiyyət 17:15 14.03.2023
Azərbaycan hərb tarixindəki ən böyük cinayət işlərindən sayılan “Tərtər işi” üzrə ilk məhkəmə prosesi başlayıb.
Ednews  qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin icraatında olan işə zərərçəkmişlərin say çoxluğu ilə əlaqədar Sumqayıt Məhkəmə Kompleksində baxılıb. 
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda həbs edilmiş 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb.
 
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri olub. Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi kimi çalışıb, Ramil Qarayev və Rüstəm Ələsgərov isə N saylı hərbi hissələrin kəşfiyyatçıları olublar.
 
Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmişlər məhkəməyə vəsatət təqdim edib. Hər 4 şəxsin vəkili prosesin qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.
 
Zərərçəkmişlərdən isə bir neçə nəfər çıxış edərək təqsirləndirilən şəxslərə əlavə ittihamlar verilməsini, bundan başqa iş üzrə 4 nəfərin deyil, daha çox adamın məsuliyyətə cəlb olunmasını istəyiblər.
 
Vəsatətdə Tərtər hadisələri vaxtı korpus komandirləri - general-mayor Hikmət Həsənov və general-leytenant Mayis Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib.
 
Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə M.Bərxudarovun harada olması telefon siqnalları vasitəsilə yoxlanılmalıdır.
 
Digər zərərçəkmiş Niyaməddin İbadov isə vəsatətlərə münasibət bildirərkən istintaqın yarımçıq aparıldığını deyib: “Korpus komandiri (red. Hikmət Həsənovu nəzərdə tutur, hazırda başqa vəzifədə çalışır) niyə məsuliyyətə cəlb olunmur?! Bu məhkəmə məni qane etmir.
 
Təqsirləndirilən şəxslər arasında daha çox adam olmalıdır. Bu iş bütün ölkənin diqqətindədir. Açıq keçirilməlidir”.
 
Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur.
 
O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəsatətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb.
 
Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını əlavə edib.
 
Hakimlər müşavirəyə yollanıb. Daha sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəsatətlər isə baxılmamış saxlanılıb.
 
Proses martın 28-də baxışa təyin olunub.
 
Qeyd edək ki, bu iş üzrə rəsmi olaraq 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. İttiham olunan 4 nəfər həmin zərərçəkmişlərə ağır işgəncələr verməkdə ittiham olunur.
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Hamısı