İslamofobiyanı termini kimi istifadə edirlər. Təəssüflə qeyd etmək istəyirəm ki, bu, irqçiliyin təzahürüdür”.
Ednews xəbər verir ki bu sözləri Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən “İslamofobiya irqçilik və ayrı-seçkiliyin spesifik forması kimi: yeni qlobal və transmilli çağırışlar” mövzusunda Beynəlxalq Konfransın iştirakçılarına göndərdiyi videomüraciətdə bildirib.
“BMT Baş Assambleyası İslamofobiya ilə mübarizə çərçivəsində martın 15-ni Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib. İslamofobiya termini kimi istifadə olunur. Təəssüflə demək istəyirəm ki, bu, irqçiliyin təzahürüdür. Dünyada islam dinc din kimi qəbul edilir. Bu anlayışlar tövhid dini kimi qorunmalıdır. İslamofobiyanın Qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiya və qorxudur”.
Aysel Şahmar