AMEA-dan Nizami Gəncəvi ilə bağlı İran rəsmilərinə TUTARLI CAVAB

Cəmiyyət 11:00 15.03.2023
XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi dahi Azərbaycan şairi və mütəfəkkiridir. Qapalı rejimin hökm sürdüyü Sovet İttifaqında həmin dəmir çərçivənin içərisində olan Azərbaycan Sovet Respublikası Nizami Gəncəvi kimi qüdrətli Azərbaycan şairini əsasən SSRİ hüdudları daxilində tanıtmaq və təbliğ etmək imkanlarına malik idi.
 
Təəssüf ki, XX əsrin 50-60-cı illərində Azərbaycanla müqayisədə Qərb ölkələrinə daha açıq olan İran rejimi fürsətdən istifadə edərək, öz məqsədlərinə uyğun şəkildə böyük Azərbaycan şairi Nizami Gəncəvini dünyaya İran şairi, hətta bəzən fars şairi kimi təqdim edib.
 
Ednews  xəbər verir ki, bu fikirləri AMEA-nın prezidentdi, akademik İsa Həbibbəyli deyib. 
 
Onun sözlərinə görə, ölkəmizin dövlət müstəqilliyi qazanmasından keçən dövr ərzində Azərbaycan alimlərinin obyektiv reallığın ifadəsi olaraq, qədim arxiv sənədləri və əlyazmaları əsasında Nizami Gəncəvinin azərbaycanlı soykökünə malik olması haqqında apardıqları tədqiqatlar Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi beynəlxalq dillərdə: ingilis, rus, alman, fransız, ərəb dillərində, hətta fars dili vasitəsilə də dəfələrlə dünya ictimaiyyətinə çatdırılıb.
 
Çoxəsrlik Azərbaycan tarixinə “Nizami Gəncəvi İli” kimi daxil olmuş 2021-ci ildə təkcə Milli Elmlər Akademiyası əməkdaşlarının görkəmli Azərbaycan şairi və mütəfəkkiri haqqındakı məqalələri və kitabları beyəlxalq miqyasda 14 dildə planetimizin bütün qitələrində yayılıb.
 
Artıq dünya ictimaiyyəti Nizami Gəncəvinin milli kimliyi haqqında İranın əsassız uydurma bəyanatlarına yox, Azərbaycan alimlərinin təqdimatlarına daha çox maraq göstərir.
 
Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında ən mötəbər mənbələrdən biri də dahi şairin özünün qələmindən çıxmış “Xəmsə” poemalar xəzinəsidir. Dövrün ədəbi ənənəsinə uyğun olaraq fars dilində yazılmış “Xəmsə”yə daxil olan əsərlərin hamısında Nizami Gəncəvi özünün türk kimliyi ilə iftixar etdiyini açıq-aşkar bəyan etmiş, əsərlərində yüz dəfələrlə Azərbaycan atalar sözləri və məsəllərindən, frazeoloji birləşmələrdən, doğma Azərbaycan xalqına məxsus olan sözlərdən istifadə edib.
 
Nizami Gəncəvinin poemalarında XII əsrdə baş vermiş Gəncə zəlzələsindən və Kəpəz dağından söz açılmış, ata-baba yurdu olan oğuzların qədim məskənlərindən biri kimi tanınan Gəncə şəhəri ilhamla tərənnüm edilib. Məlum olduğu kimi, Gəncə şəhəri XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin paytaxtı kimi tarixə düşüb. Nizami Gəncəvinin atası Yusif kişi və babası Zəki Müəyyəddin də azərbaycanlı idi.
 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətində milli təhlükəsizlik naziri vəzifəsində çalışmış Nağı bəy Şeyxzamanlı da mənşə etibarilə Şeyx Nizami Gəncəvinin mənsub olduğu nəslin nümayəndəsidir. Hazırda dünyanın müxtəlif ölkələrində Şeyxzamanov, Şeyxzamanlı soyadı ilə yaşamaqda davam edən, Nizami Gəncəvi ilə eyni şəcərədən olan azərbaycanlı sülalələr var.
 
Bütün bunlara görə İran İslam Respublikası rejiminin rəsmi nümayəndələrinin və bəzi elm adamlarının Nizami Gəncəvinin İran şairi olduğunu diqqətə çatdırmalarının heç bir elmi əsası yoxdur. Əksinə, İran alimlərinin özləri də dəfələrlə bəyan etmişlər ki, Nizami Gəncəvinin fars dilində yazılmış əsərlərindən türk iyi gəlir.
 
Ona görə də İran alimlərinin Nizami Gəncəvidən İran şairi kimi bəhs etmələri həmin ölkənin rejiminin təsiri ilə irəli sürülən qeyri-elmi, yanlış mülahizələrdir.
 
Son aylarda İran İslam Respublikasında düşünülmüş şəkildə yenidən Nizami Gəncəvinin İran şairi kimi qələmə verilməsi obyektiv elmi reallıqdan çox uzaq olub, müstəqil Azərbaycan Respublikasına qarşı həmin ölkədə yönəldilmiş növbəti haqsız təhdidlərdən biridir. Tam yanlış olan belə münasibət isə İrana qonşuları ilə münasibətlərin gərginləşdirilməsinə səbəb olmaqdan başqa daha heç nə vəd etmir.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Hamısı