“Müsəlmanların problemi bizim marağımızdadır”.
Ednews xəbər verir ki, bunu Misir İslam Mədəniyyəti Universitetinin rektoru Məhəmməd əl-Şəhhat əl-Cindi slamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir müsəlman kimi öz hüquqlarımızı müdafiə etməliyik.
“Müsəlmanlara qarşı nifrəti asanlıqla görə bilərik. İslamofobiya qlobal problemə çevrilib. Düşünürəm ki, bəzi insanlar kimisə qətlə yetirəndə onun dininə baxırlar. Bu din müsəlman olarsa, özlərində günah hiss etmirlər. Qadınlarda olan hicabı əzab kimi bilirlər. Müsəlmanlar dünya əhalisinin 5,1 hissəsini təşkil edir".
Aysel Şahmar