Vyanada “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi”nə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət 11:30 15.03.2023
Vyana şəhərində keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşü çərçivəsində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib. 
 
Ednews  xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, media ekspertlərinin məsələ ilə bağlı fikirlərinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasıdır.
 
Geniş auditoriya üçün açıq qapı formatında keçirilən tədbirdə iştirakçı dövlətlərin jurnalistləri, media mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. 
 
Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma qrupunun rəhbəri, medianın inkişafı məsələləri üzrə mütəxəssisi Rasim Bağırovun moderatorluğu ilə keçirilən tədbirdə Dr. Bruno Kreiski Fondunun Müasir Siyasi Tarix üzrə Təhlillər İnstitutunda elmi işçi, Vyanada yerləşən siyasi akademiya - Karl Renner İnstitutununda Mərkəzi və Şərqi Avropa üzrə hüquq və siyasət  məsləhətçisi Anis Bajrektarevic; Çin və Qloballaşma Mərkəzinin baş əməkdaşı, Tsinxua Universitetinin Araşdırma Mərkəzinin baş məsləhətçisi, Vyana Amadeus Beynəlxalq Məktəbinin baş beynəlxalq məsləhətçisi, köşə yazarı və “China Daily”, “China Global TV Network”, “China Radio International”ın şərhçisi Dr. Harvey Dzodin; Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva; “freelance” jurnalist, “blogger” Adnan Hüseyn çıxış edib.
 
Jurnalist peşəsinin cəmiyyətdə ən vacib və əsas peşələrdən biri olduğunu qeyd edən Anis Bajrektarevic jurnalistlərin münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərdiyini bildirib.
 
O, jurnalistlərin müxtəlif həyati risklərlə üzləşdiyini, onların xüsusilə mina və digər partlayıcı vasitələrin partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib, peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün jurnalistlərin təhlükəsizliyinin beynəlxalq səviyyəsində təmin edilməsinin vacibliyini vurğulayıb.
 
Yeganə Hacıyeva çıxışında jurnalistlərin münaqişələri işıqlandırarkən nəzərə almalı olduğu məqamlar, münaqişə və jurnalistika anlayışları arasındakı əlaqənin tənzimləməsində beynəlxalq standartların lokal istifadəsi barədə danışmış, ermənilərin basdırdıqları minaların qurbanı olmuş azərbaycanlı jurnalistlər haqqında geniş məlumat vermişdir.
 
Dr. Harvey Dzodin münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, xüsusilə  minaların basdırıldığı yerlərin təyin edilməsi üçün müxtəlif texnologiyaların araşdırılması və tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə özəl şirkətlərlə səmərəli əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
 
Adnan Hüseyn jurnalistlərin mürəkkəb məsələlərin və perspektivlərin aydınlaşdırılmasına kömək edən, qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasında mühüm rol oynadığını, həqiqətlərin ictimaiyyətə çatdırılmasına müstəsna töhfə verdiyini qeyd etmiş, istər beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın müddətdə işğalı zamanı, istərsə də Vətən müharibəsindəki qələbədən sonra uzun illər boyu Azərbaycanın saxta xəbərlərə məruz qaldığını bildirmişdir.
 
Tədbir çərçivəsində münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdiyi problemlər və risklər barədə məlumat verilib, onların təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi üçün potensial həll yollarının müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Hamısı