Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə (körpü) aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Ednews-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 00:00-dək tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində kənar yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.