“İrəliləyiş” layihəsi çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq”.
Ednews xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İşsiz şəxslərlə iş departamentinin Karyera məsləhətçiləri ilə iş şöbəsinin müdiri Famil Məcidli deyib.
Onun sözlərinə görə, özünəməşğulluq proqramına müraciət edən hər bir vətəndaşın müraciətinə baxılır.
“Bu prosses üçün bir neçə mərhələ var. İlk olaraq biz vətəndaşların gördükləri işlərə baxırıq. Buna, əsasən, dəyərləndiririk. Daha sonra ortaq sahə seçilir. Lakin məqsədimiz bizə müraciət edən hər bir vətəndaşı işlə təmin etməkdir. Gənclərin işsizliyi dünyada yaranmış ən böyük problemlərdən biridir. Bunun ölkəmizdə qarşısını az da olsa almaq üçün "İrəliləyİş" layihəmiz var. İndiki gənclər haradasa işləmək istəyirsə, ondan 2-3 il təcrübə istəyirlər. Bu layihədə məqsədimiz odur ki, ölkədəmizdə təcrübəsiz gənclərin sayını azaltmaqdır”.
Aysel Şahmar