Yaxın 5 il ərzində Azərbaycandakı aqroparklarda pivotaltı sahələrin 100 min hektara çatdırılması nəzərdə tutulur.
Ednews xəbər verir ki, bu barərə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat verib.
"Müasir suvarma sistemləri ənənəvi metodla müqayisədə suya 2 dəfəyə qədər qənaət etməklə məhsuldarlığın 50%-dən çox artmasına müsbət təsir edir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda pivot suvarma sistemlərinin tətbiqi ilə suvarılan sahələr son 3 ildə 5,5 min hektar artaraq 46,2 min hektara çatıb. Bu, ölkədə pivot sistemlərlə suvarılan ümumi 57,4 min hektar sahənin 80 %-ni təşkil edir", - deyə nazir qeyd edib.