Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" ilə digər minik maşını toqquşub.
Qəza zamanı 1995-ci il təvəllüdlü Fərqanə Bədirova və onun övladları - 2012-ci il təvəllüdlü Zəhra Abbasova, 2014-cü il təvəllüdlü Binyamin Abbasov xəsarət alıblar.