"Papaq atmaq təhqirdir" - Məşhurlar Novruz inanclarına əməl edir? - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

"Papaq atmaq təhqirdir" - Məşhurlar Novruz inanclarına əməl edir?

Cəmiyyət A- A A+
Bu gün Novruz bayramıdır. Bu bayram ən çox öz inancları ilə məşhurdur. Bəs məşhurlar Novruz adət ənənələrnə inanırmı?
 
Ednews sizə məşhurların fikirlərini təqdim edir:
 
Xalq Artisti Firəngiz  Mütəllimova bildirib ki, bu bayramı xüsusi sevirəm. 
 
"Qulaq falına  inanmıram. Amma mən də gənclik vaxtımda Novruz falına baxmışam". 
 
Aktyor Tahir İmanov isə Novruzda ümumiyyətlə fala baxmır. 
 
“Nəinki indi, heç uşaq vaxtı da baxmamışam”.
 
Xalq artisti Rasim Balayev qeyd edib ki, Novruz onun ən sevdiyin bayramdır. 
 
“Bu bayramın məndə xüsusi yeri var. Novruz uşaqlığımı xatırladır. Novruz falına inanmasam da tonqal qalamışam. Ən əsası da uşaq vaxtı ən sevdiyimiz papaq atmaq idi. Novruz adama əhval-ruhiyyə gətirir”.
 
Xalq artisti Şeyx Əbdül isə öz açıqlamasında bildirdi ki, Novruz çox böyük və müqəddəs bir bayramdır.  
 
“Dünyanın ilk yaranış günüdür əslində. Dörd ünsürlə əlaqəlidir.  Bu bayrama qiymət verən bizim xalqdır. Biz bu 4 ünsürün hər birini ayrı-ayrı qeyd edirik. Bəzi şeyləri bizə düzgün başa salmayıblar.  At, papaq və ailə bizim xalq üçün qeyrət hesab olunur. Papaq atmaq yox, dəsmal atmaq olar. Bu əslində təhqir hesab olunur. Hansı kişi öz papağını qapılara atar".
 
Ayan Rzayeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...