Talış kəndinə daha 158 ailə köçürüləcək - RƏSMİ - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Talış kəndinə daha 158 ailə köçürüləcək - RƏSMİ

Cəmiyyət A- A A+
“Biz işğaldan azad olunduqdan sonra qısa müddətdə bərpa olunmuş Talış kəndindəyik. Xalqımızın əziz bayramı olan “Novruz” bayramını qeyd edirik. Bu bayramın bizim üçün xüsusi önəmi var. Bura köçmüş 20 ailə, öz dədə-baba torpağında bayramlarını qeyd edirlər. Bu fürsətdən istifadə edərək yeni qurulan kəndimizdə bayram əhval ruhiyyəsi yaratmışıq. Sözsüz ki, insanların rahat həyatı üçün dövlət hər bir şərait yaradıb”. 
 
Ednews xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 
 
O qeyd edib ki, insanlar artıq öz yeni evlərinə yerləşiblər. Onun sözlərinə görə, kənd sakinlərinə məşğulluq baxımından hər bir imkanlar araşdırılıb. İnsanlar yeni iş yerləri ilə təmin olunublar: 
 
“Həmçinin kiçik sahibkarlıqla məşğul olan, məşğulluq zərfləri ilə də təmin olunan ailələrimiz var. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bura səfər etdikdən sonra kəndin ikinci mərhələsinin bərpası start götürəcək.
 
Bu mərhələ çərçivəsində 158 ailənin kəndə köçürülməsi nəzərdə tutulub. Bu işlər qısa bir zamanda həyata keçiriləcək. Çünki ən çətin və vaxt tələb edən infrastruktur işləri artıq icra olunub. Bundan sonra evlərin də tez bir zamanda tikilib istifadəyə verilməsi nəzərdə tutulub”. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...