Bakı metrosunda DƏHŞƏT – Sərnişin qatar yoluna DÜŞDÜ - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Bakı metrosunda DƏHŞƏT – Sərnişin qatar yoluna DÜŞDÜ

Cəmiyyət A- A A+
Bakı metrosunda sərnişin stansiya yoluna düşüb.
 
Bu barədə Ednews-a  “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə kişi sərnişin "Memar Əcəmi" stansiya yoluna düşüb. Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlasa da, stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. 
 
Xəsarət alan sərnişinə təcili tibbi yardım çağırılıb və ona ilkin yardım göstərilib. 
 
Nəticədə Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...