Harri Potter parkı açılacaq - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Harri Potter parkı açılacaq

Cəmiyyət A- A A+

İyunun 16-da Tokioda britaniyalı yazıçı Coan Roulinqin Harri Potter barədəki romanlarının qəhrəmanına həsr olunmuş əyləncə parkı açılacaq.

Ednews oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü parkın idarəedici şirkəti məlumat verib.

Məlumata görə, Tokionun şimal-qərbindəki Nerima rayonunda keçmiş Toşimaen əyləncə parkı və üzgüçülük hovuzunun yerində artıq tikinti başa çatmaq üzrədir. Parkın sahəsi 30 hektardır.

Biletlərin qiyməti böyüklər üçün 6300 yen (48 dollar), məktəblilər üçün 5200 yen (39,6 dollar) və dörd yaşdan yuxarı uşaqlar üçün 3800 yen (29 dollar) olacaq. Biletləri əvvəlcədən bron etmək lazımdır.

Qeyd edək ki, analoji park yalnız Britaniyada mövcuddur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...