Paytaxt sakinini hədələyib 45 manatını aparanlar YAXALANDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Paytaxt sakinini hədələyib 45 manatını aparanlar YAXALANDI

Cəmiyyət A- A A+
Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub. 
 
Ednews  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
 
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev müəyyən olunaraq saxlanılıblar. 
 
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...