Məscidlərdə sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq edilib - QMİ - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Məscidlərdə sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq edilib - QMİ

Cəmiyyət A- A A+
Mütəmadi şəkildə din xadimlərinə xüsusi olaraq tapşırılıb ki, əgər bir məsciddə işləyən ruhani sünni-şiə söhbəti ortaya atsa, heç vaxt onları öz sıralarımızda görməyəcəyik. 
Ednews  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda deyib. 
 
QMİ sədrinin müavini bildirib ki, bu məsələdə dövlət də onlara dəstək olur. 
 
“Dövlət istər məscidlərin inşası, istərsə də bərpası işində daim öz dəstəyini göstərir. Bu gün də xaricdə dini təhsil alan vətəndaşlarımız var. Əgər bünövrə sağlam qorunsa, nəticəsi də yaxşı olar. Biz bu gün dövlət-din münasibətlərində sağlam vəhdəti qoruya bilsək, sağlam əqidəmiz olar. QMİ hər zaman məzhəblərin vəhdətlərinə xüsusi önəm verir”, - deyə o qeyd edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...