Xəstəxanalarda infeksion xəstəliklərə nəzarət üçün komitələr yaradılıb.
Ednews xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, bu komitələrin fəaliyyət istiqaməti xəstəxanalarda epidemioloji nəzarət nəticələrinin araşdırılması, infeksiyaya yoluxma hallarının müəyyən edilməsi, aşkarlanması, təhlil edilməsi, analiz edilməsi, ona qarşı görülməli tədbirlər müzakirəsi və həll yollarının tapılmasından ibarətdir.
“Artıq xəstəxanaların bir çoxunda infeksion nəzarət komitələri qurulub və məsul şəxslər təyin olunub. Onlara müxtəlif mövzularda və müxtəlif prosedurlarla bağlı tərəfimizdən hazırlanmış təlimatlar göndərilib və komitələr işlərini o qaydaların əsasında qurmağa başlayıblar.
Hədəfimiz vətəndaşımızın xidmət aldığı istənilən tibb müəssisəsində infeksiyalardan azad, minimal risklərlə tibbi xidmətin onlar üçün əlçatan olmasıdır”.
Aysel Şahmar