İmtahan verənlərin üstündən çıxanlar: kəsici‑deşici vasitələr, elektron cihazlar... ÇIXIŞ YOLU NƏDİR? - Ekspertlərin RƏYİNDƏ

Cəmiyyət 19:01 03.04.2023

Ötən gün XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.

Sosioloq Lalə Mehralı Ednews-a bildirib ki, məktəblər və məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir. Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var”.

“Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meylli olan nəsil yetişib. Böyük təəssüf hissi ilə deyim ki, məktəblilər arasında  avaralıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Bu tipli uşaqlar bıçaqla lovğalıq edirlər, qısnamadan hədə-qorxu gəlmək üçün istifadə edirlər. Məktəblilərin üzərindən dəfələrlə beşbarmaq deyilən təhlükəli alət aşkarlanıb. Uşaqlar saytlardan zorakılıq təbliğ edən oyunların simvolu olan silahları sifariş edirlər. Daha sonra sifariş edilən silahları məktəbə gətirib sinif yoldaşlarına paylayırlar”.

Sosiloq bildirib ki, qızların məktəbdə zorakılığa, təcavüzə məruz qalması məsələsi zaman-zaman media gündəminə çıxır. Bəzən mediadan kənar qalan hadisələr də olur ki, uşaqların təhlükəsizliyi səbəbindən gizli saxlanır. Qızlara qarşı cinsi qısnama edən məktəbli oğlanlar əksər hallarda yaşlarının az olması səbəbindən cəzasız qalırlar.

“Ən yaxşı halda valideynlər məktəbə çağırılıb xəbərdarlıq edilir, ən pis halda məktəbdən xaric edilərək başqa məktəbə göndərilir. Beləcə ayaqlı bəla məktəb-məktəb dolaşır. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Amma heç zənn etmirəm ki onlar işləyir. Biz niyə görmürük onların işinin nəticəsini? Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərəverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də baş verən hadisələr sübut edir ki əslində vəziyyət təhlükəli həddi çoxdan ötüb”. 

Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, pendemiyadan sonraki dövrdə yeniyetmər arasında oğru aləminə maraq artıb.

“Bu gün ölkədə 4440-dan çox məktəb fəaliyyət göstərir. 50-dən çox orta ixtisas təhsil müəssəsi var.  55 ali təhsil müəssisə var. 1 milyon 600 min şagird təhsil alır. 200 mindən çox tələbə var. Bunların hər birini müvafiq qurum diqqətdə saxlamalıdır. Abituryentin imtahana bıçaq aparması əslində bəlkə də bundan əvvəldə olub. Lakin bu məsələ gündəmə gəlməyib. Ona görə də cəmiyyət bundan xəbərsiz olub. Bu kimi halların qarşısını almaq ilk ailənin üzərinə düşür. Azyaşlı uşağa telefon almaq onun məvhidir. Sonra isə məktəblərdə ciddi nəzarət olmalıdır”.

Ekspertin sözlərinə görə, məktəbli öz etdiyi səhvə görə məsuliyyətə cəlb olunmalıdır. 

“Məktəblərdə psixoloji dərslər mütləq şəkildə tədris olunmalıdır. Hazırda məktəblərdə psixoloqun adı var, özü yox. Təhsili məktəbə qaytarmalıyıq. Təhsillə yanaşı təlim-tərbiyə işlərinə məktəb rəhbərliyi, sinif rəhbəri nəzarət etməlidir”.

Aysel Şahmar

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
Hamısı