20 nömrəli məktəbdə qidadan zəhərlənən uşaqlardan yeni xəbər var.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Rövşən Şirinov bildirib ki, uşaqların vəziyyəti normaldır və 5 uşaq zəhərlənib.
O, bu barədə Ednews-a açıqlamasında deyib.
“10 –dan çox uşağın zəhərlənməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Hazırda 5 uşaq zəhərlənib. Şagirdlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar. Onların yanındayam vəziyyətləri normaldır”.
Qeyd edək ki, yayılan məlumatlara görə, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Əldə etdiyimiz digər məlumata görə, hazırda məktəbin bufetində yoxlama və dezinfeksiya işləri aprılır.
Aysel Şahmar