Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 aprel 2023-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayıb.
ARDNF-dən Ednews-a verilən məlumata görə, AÇG yatağından - bu ilin əvvəlindən aprelin 1-i tarixinə 2 044 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvəəlindən 1 aprel tarixinə 646,359 mln. ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 128,166 mln. ABŞ dolları təşkil edib.