Azərbaycanın Los-Ancelesə təyin olunmuş yeni Baş konsulu Ramil Qurbanov təyinatı ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, paylaşımda deyilir:
“Los-Anceles şəhərində Baş konsul vəzifəsinə təyin edilməyimə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq, ölkəmizi layiqincə təmsil etmək və soydaşlarımıza xidmət göstərməyə çalışacağam”, - o deyib.