Qida təhlükəsizliyində məhsulların izlənilməsi Qaydası TƏSDİQLƏNDİ

Cəmiyyət 17:05 14.04.2023
Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası təsdiqlənib.
 
Ednews  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
 
Bu Qərar “Qida təhlükəsizliyi haqqında” qanun dərc olunduğu gündən 2 (iki) il sonra qüvvəyə minir.
 
Bu Qayda qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi, o cümlədən qida subyektini həmin məhsullarla təchiz edən subyektləri və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsi qaydasını tənzimləyir.
 
Bu Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə ( qida subyekti) şamil olunur.
 
Bu Qaydanın məqsədi qida subyektlərini qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə (bundan sonra – məhsullar) təchiz edən və ya onların məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminin və prosedurlarının tətbiq edilməsini və bununla qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsini, habelə istehlakçıların (istifadəçilərin) qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsini təmin etməkdən ibarətdir.
 
İzləmə sistemi qida subyekti tərəfindən formalaşdırılan, məhsulların hərəkətini izləməyə, o cümlədən qida subyektini məhsullarla təchiz edən subyektləri və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektləri müəyyən etməyə, habelə bununla bağlı məlumatların sənədləşdirilməsinə imkan verən izləmə prosedurlarının həyata keçirilməsini təmin edən tədbirlərin nizamlanmış məcmusu, izləmə prosedurları izləmə sisteminin tərkib hissəsi olan, həmin sistemi təsvir edən, məhsulların bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun izlənilməsini və qida subyektini məhsullarla təchiz edən subyektlərin və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsini təmin edən ardıcıl prosedurların məcmusu, partiya nömrəsi - eyni istehsal növbəsində və yerdə ilkin istehsal, istehsal və emal olunan, qablaşdırılan, eyni texnoloji şərtlərlə əldə edilən məhsulların bir qrupunu və ya dəstini identifikasiya etməyə imkan verən nömrə, identikləşdirilmə məlumatları qida və yem məhsulunun adı, növü, istehsal tarixi, yararlılıq müddəti, mənşəyi, istehsalçının adı, ünvanı, partiya nömrəsi və qablaşdırma həcmi, heyvanın identikləşdirmə nömrəsidir.
 
Qida zəncirinin hər bir mərhələsində fəaliyyət göstərən qida subyektləri, öz izləmə sistemləri və prosedurlarına əsaslanaraq qəbul etdikləri məhsulların bütün təchizatçılarının, bu Qayda nəzərə alınmaqla məhsullarla təchiz etdiyi bütün subyektlərin müəyyənləşdirilməsi ilə bağlı məlumatları sənədləşdirməlidirlər.
 
Qida subyektindən bazarda, pərakəndə ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və ya məhsulların son istehlakçıya ötürülməsini həyata keçirən digər obyektlərdə məhsulların təqdim edildiyi istehlakçılar (istifadəçilər) barədə məlumatların sənədləşdirilməsi tələb olunmur. Hər bir qida subyekti öz məhsulları ilə təchiz etdiyi subyektlərə məhsulları barədə tam və etibarlı identikləşdirilmə məlumatlarını təqdim etməlidir. Qida subyekti Qanuna uyğun olaraq qeydiyyata alınmamış və ya təsdiq edilməmiş təchizatçıdan məhsulları qəbul etməməli və həmin subyektləri məhsulları ilə təchiz etməməlidir.
 
Məhsullarının izlənilməsi məqsədilə qida subyektləri aşağıdakıları təmin etməlidirlər:
 
- bu Qaydanın tələblərinə cavab verən izləmə sistemi və prosedurlarını formalaşdırıb tətbiq etmək, təkmilləşdirmək və onların davamlı fəaliyyətini təmin etmək;
 
- qəbul edilən məhsulların təchizatçısını və məhsulları ilə təchiz etdiyi subyektləri müəyyənləşdirmək; 
 
- bu Qayda ilə müəyyən edilən məlumatları özündə ehtiva edən sənədləri tərtib etmək, həmin sənədləri məhsulların yararlılıq müddəti bitdikdən (qida məhsulları əldə edilən heyvanlara münasibətdə isə təchiz edildiyi və ya ötürüldüyü tarixdən) sonra 1 (bir) il müddətində saxlamaq;
 
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında bu Qaydada nəzərdə tutulmuş sənədləri, habelə izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etmək;
 
- ildə bir dəfədən az olmamaqla, izləmə sisteminin və prosedurlarının işlək olmasını yoxlamaq və izlənilən məhsulları, habelə həmin məhsullarla bağlı müəyyən edilən təchizatçıları və təchiz etdiyi subyektləri qeyd etməklə yoxlama nəticələrini aktla sənədləşdirmək.
 
Qida subyekti aşağıdakı izləmə məlumatlarını özündə ehtiva edən sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir:
 
- qəbul edilən və ya ötürülən məhsulun identikləşdirilmə məlumatları, miqdarı və ya həcmi və izlənilməsi üçün qida subyekti tərəfindən zəruri hesab edilən digər məlumatlar;
 
- qəbul edilən məhsulun təchizatçısının və ya məhsul ilə təchiz etdiyi subyektlərin qeydiyyatı və ya təsdiqi ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışının nömrəsi, adı, ünvanı və əlaqə vasitələri;
 
- qida və yem məhsullarının partiyasının ilkin istehsalı, istehsalı, emalı və qablaşdırılması zamanı istifadə olunan məhsulun müəssisə daxilində hərəkət ardıcıllığı ilə bağlı məlumat;
 
- məhsulun qəbulu və ya ötürülməsi tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
 
- qəbul edilən və ya ötürülən məhsul qida əldə edilən diri heyvan, heyvan əti və subməhsulları olduqda həmin heyvanın, o cümlədən məhsulların əldə olunduğu heyvanın identikləşdirilmə şəhadətnaməsi barədə məlumat;
 
- məhsul ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş aşağıdakı müvafiq icazə sənədləri barədə məlumatlar:
 
idxal sağlamlıq aktı;
 
sağlamlıq sertifikatı;
 
ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;
 
bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;
 
daxili karantin sertifikatı;
 
ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan).
 
İzləmə sistemləri və prosedurlarının texniki xarakteristikası və formatı bu Qayda ilə müəyyən edilmiş tələblər təmin olunmaqla qida subyekti tərəfindən müəyyən edilir. İzləmə sistemləri və prosedurları məhsulların qida zəncirinin müxtəlif mərhələlərində bir-biri ilə əlaqələndirilməsinə, onların hərəkət ardıcıllığının, həmçinin qəbul edilən və ya ötürülən hər bir məhsulun istənilən vaxtda faktiki yerinin müəyyən edilməsinə imkan verməlidir.
 
İzləmə prosedurunda ən azı aşağıdakı məlumatlar əhatə olunmalıdır:
 
- izləmə prosedurunun təsviri;
 
- sənədləşdirilməli olan izləmə məlumatları;
 
- izləmə sənədlərinin tərtib olunacağı daşıyıcının növü (kağız və (və ya) elektron);
 
- məhsulun qəbulundan ötürülməsinə qədər hər bir mərhələ üzrə görülməli olan tədbirlər;
 
- izləmə ilə bağlı tədbirlərin görülməsinə cavabdeh olan şəxslər;
 
- partiya nömrəsinin formalaşdırılması barədə məlumatlar.
 
İzləmə sənədləri sistemləşdirilmiş formada tərtib olunmalı, axtarılan məlumatların dərhal və asanlıqla əldə edilməsi imkanı yaranmalı və kənar müdaxilələrdən mühafizə olunmalıdır.
 
Qida subyektləri izləmə sistemində texnoloji həllərdən istifadə edə bilərlər. Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan məhsulların asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.
 
Qida və yem məhsullarının asanlıqla izlənilməsini təmin etmək məqsədilə onların etiketlənməsində identikləşdirilmə məlumatlarının yerləşdirilməsi həyata keçirilməlidir.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı