“Çağrı mərkəzinə olan zənglərin çoxluğu ünvanlı sosial yardım, əlillik, pensiyalar ilə bağlı olur”.
Ednews xəbər verir ki, bunu Çağrı mərkəzi 142-nin baş koordinatoru Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, mərkəzimdən vətəndaş məmnunluğu 93% təşkil edir.
“Vətəndaşların xətdə gözləmə problemini aradan qalırmağa çalışırıq. 2020-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edirdisə, 2021-ci ildə bu gözləmə 1 dəqiqə 50 saniyə aşağı endirilidi. 2022-ci ildə isə 30 saniyə endirildi. Bu il isə nisbətən artım hesab olundu. Bunun bir neçə səbəbi var. İki qurumun inteqrasiyası, yeni islahat paketinin aparılması, sosial ödənişlərdə olan artım kimi hallar zənglərin çoxalmasına səbəb olmuşdu. Ötən ay ərzində orta hesabla 1 aya düşən zəng yükü 148 min edir. Bir günə düşən zəng isə 7906 zəng edir. Zənglər əsasən, ünvanlı sosial yardım, əlillik, pensiyalar ilə bağlı olur”.
Aysel Şahmar