"Hazırda vəziyyətim normaldır və özümü yaxşı hiss edirəm. Təxminən 3-4 gündən sonra tikişlərim də söküləcək".
Ednews xəbər verir ki, bunu Demokrat.az-a terror hücumu nəticəsində güllələnərək yaralanmış Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Millət vəkili səhhətinin hələ işə çıxmağa imkan vermədiyini vurğulayıb:
"Ən azı bir aydan sonra işə çıxacam. Müalicəm hələ də davam edir. Belə şəraitdə işə çıxmağım mümkün deyil. Ancaq əvvəlkindən indi xeyli yaxşıyam. Təbii ki, güllə yarasıdır və tədricən sağalmalıdır. Tikişlərim söküldükdən sonra isə digər müalicələrə başlayacağam".