"44 günlük müharibədə həlak olanların hələ də basdırılmamış qalıqları var".
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə müsahibəsində 44 günlük müharibədə həlak olanların dəfn edilməsindən danışarkən deyib.
“Rəqəmləri açıqlamayacağam. Bu, çox həssas və ağrılı mövzudur. Təəssüflər olsun ki, valideynlər müharibədə ölən övladlarının ekspertiza tərəfindən təyin olunan qalıqlarından imtina edirlər. Onların bir çoxu başqa ölkələrdə dəfələrlə eyni nəticələri göstərib. Ancaq buna baxmayaraq imtina edirlər”, - Anahit Avanesyan bildirib.