"Müsəlman dünyası başqalarına əl tutmağı və imkansızlara yardım etməyi təşviq edən Ramazan bayramını qeyd edir. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibir".
Ednews xəbər verir ki, bu fikirləri Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O, həmçinin qeyd edib ki, hazırda dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərsində yaşayır. Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır.
" Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Müqəddəs Ramazan ayında olduğu kimi digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddin azalda bilərlər".
Aynurə İsmayılqızı