“Oxucularım bu iki obrazı oxuyarkən xəyallarında mənim özümü canlandırırlar” Elxan Elatlı ilə ÖZƏL MÜSAHİBƏ

Cəmiyyət 14:35 24.04.2023
 
Azərbaycanın məşhur detektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlının (Elxan Əbdürrəhman oğlu Osmanov) Ednews-un suallarını cavablandırıb. 
 
Artıq bir-neçə ildiri ki, E.Elatlı kitab satışında liderliyini qoruyub saxlaya bilir. Bunun sirri nədir? 
 
Müsahibə zamanı yazıçı bir çox maraqlı məqamlara da toxunub.
 
Sözügedən müsahibəni təqdim edirik:
 
- Elxan Elatlı nə zamandan yazmağa başlayıb? Maraqlıdır, ilk əsəriniz hansı olub?
 
- On altı yaşımdan kiçik hekayələr, şeirlər, miniatürlər və rayon qəzeti üçün kiçik məqalələr yazırdım. Hekayələrim məişət məzmunlu idi və çap edilmirdi. İlk olaraq 2000-ci ildən özümü qərarlı şəkildə detektivdə sınamağa başladım. Yazdığım ilk "Yeddinci mərtəbədə qətl" hekayəsi bu gün də təkrar çap olunur. İki detektiv povest və dörd hekayəm bir kitabda toplanmışdı. Ardınca "Pəncərədə görünən kölgə" romanı gəldi və o zamandan da yalnız roman yazıram.
- Elxan Elatlı mətbuatla ünsiyyətdən qaçır. Demək olar ki, mətbuatdan uzaqsınız. Nadir halda müsahibə verirsiz bunun səbəbi nədir?
 
- Əsas səbəb ictimai xadim kimi məşhurlaşmaq, gündəmdə olmaq istəməməyimdir. Düşünürəm ki, bu ədəbi yaradıcılığıma mane olar. Daha az yazaram və bu da çörəyi yalnız romanlarından çıxan yazıçı üçün zərbədir.
Bir də ki, mənə görə yazıçı öz düşüncələrini cəmiyyətə bədii yazıları vasitəsilə ötürməlidir. Yəni danışmaqdan daha çox yazmalıdır.
 
"Çox danışan çox səhv edər" prinsipinə də sadiq qalmağa çalışıram. Doğrudur, oxucularla, əsasən də gənclərlə çox görüşlərim olur. Lakin bu görüşlərdə məni sevən oxucularla üz-üzə olduğum üçün, onlarla sadəcə səmimi, yoldaşcasına söhbət edirəm və bu zaman özümü inandırıram ki, sözlərim auditoriyadan kənara çıxmayacaq.
 
- Maraqlıdır, siz həm də kitabları ən çox satılan Azərbaycan yazıçısınız. Heç istəmisiz əsərləriniz ekranlaşdırılsın? 
 
- Əslində belə arzum olmayıb. Çünki çəkiləcək film artıq mənim deyil, rejissorun əsəri olacaq. 
 
Yalnız son zamanlar bir neçə dəfə ürəyimdən keçib ki psixoloji janrda yazdığım "Mərtəbələr" romanına birseriyalı film çəksələr yaxşı olar.
 
Lakin mənim romanlarıma film və ya serial çəkmək istəyənlər kifayət qədər çox olub. Razılığımı vermişəm və nəticə ilə maraqlanmamışam. Lakin hansısa səbəbdən heç biri də alınmayıb. Bildiyimə görə əsasəndə bu səbəb maliyyə məsələləri olub. 
 
- Əsərlərinizdə əsas qəhrəman Qanbay Qasımlıdır. Nə üçün məhz Qanbay Qasımlı? Onda olan xüsusiyyətləri özünüzə bənzətmisiniz ya necə?
 
- İlk detektiv hekayəni yazmağa başlayanda artıq qarşıma Azərbaycan ədəbiyyatının Şerlok Holmsunu yaratmağı məqsəd qoymuşdum. İstəyirdim ki, bu obraz özündən əvvəlki heç bir xəfiyyə obrazına bənzəməsin.
Beləcə Qanbay Qasımlı yalnız öz təxəyyülümün bəhrəsi olaraq yarandı. Artıq on beşdən çox detektiv romanın baş qəhrəmanıdır.
 
Bəli, bu obrazı yaradarkən ona özümün bir çox xüsusiyyətlərimi vermişəm ki, hər dəfə növbəti romanlarda ondan yazanda çətinlik çəkməyim.
 
-İndiyə qədər yazdığınız hansı əsərin təsirindən uzun zaman çıxa bilməmisiz?
 
-Yazıb bitirdiyim əsərin təsirindən tez çıxmağa çalışıram ki, növbəti romanın mövzusuna köklənim. Ona görə də elə romanım olmayıb. Lakin "Xəstə ruhlar" romanı üzərində işləyərkən çox təsirlənmişəm. Orada ümumi düşmənə qarşı milli birlik məsələsinə toxunulur və bu mövzuya qarşı  mən çox həssasam.
 
-Əsərlərinizdə heç öz həyatınızı və ya başınıza gələn hadisəni təsvir etmisinizmi?
 
- Demək olar ki, bütün romanlarımda az və ya çox dərəcədə özümün və tanıdıqlarımın başına gələn hadisələrdən istifadə etmişəm. 
 
- Əsərlərinizdə əsas sujet xəttini millilik təşkil edir. Belə yazmaqda sizə oxuduğunuz əsərlər təsir edib? Yoxsa bu tamamilə təsadüfi alınır?
 
- Bəlkə də buna oxuduğum kitablar təsir edib. Çünki milli ruhlu ailədə doğulmamışam. Ancaq gen yaddaşımda da bir millilik duyuram. Keçmişimə, tariximə bağlı biriyəm. Bu barədə çox danışmasam da ruhən Turançıyam.
 
-Bəs, bir yazıçı olaraq, uşaq vaxtı özünüzə yaxın bildiyiniz, sizə stimul verən yazıçı olubmu?  
 
- Məsələn Çek Londonu misal çəkə bilərəm. Əsasən də onun "Martin İden" romanını.
 
- Heç hansısa əsərinizə görə tənqid olunmusunuzmu? 
 
- Xeyr, hansısa bir yazıma görə xüsusi tənqid olunmamışam. Oxucularım tərəfindən ümumi iradlar olub və o da zamanla səngiyib. Belə götürsək, bu gün ədəbi mühit elədir ki, məni ümumiyyətlə heç kəs tənqid etmir. Böyük bir kütlə sevərək oxuyur, alqışlayır, başqa bir kütlə isə məni ümumiyyətlə ədəbiyyatdan saymaq istəmir, barəmdə susur, danışmaq zorunda qalanda isə yalnız anlaşılmaz  kinini ortaya qoyur.
 
- Oxucular tərəfindən bu qədər sevilmənin səbəbini nədə görürsünüz?
 
- Oxucular az-çox məni tanıyırlar. Bilirlər ki, bir insan olaraq yaltaqlıqdan, paxıllıqdan, şöhrət azarkeşliyindən, pul, var-dövlət hərisliyindən uzaq biriyəm. Vətənimi, xalqımı təmənnasız sevirəm. Lakin zənnimcə oxucular tərəfindən sevilməyimin əsas səbəbi yaratdığım obrazlarla bağlıdır. Onlar Qanbay Qasımlını, Ələmdar Məlikovu sevirlər və bu sevgidən mənə də pay çatır. Hətta bildiyimə görə, oxucularım bu iki obrazı oxuyarkən xəyallarında mənim özümü canlandırırlar.
 
Söhbətləşdi: Rübabə Kazımlı
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
Hamısı