Azərbaycan Ordusunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb.
Ednews xəbər verir ki, hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarını, sonra isə Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.