Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərin pasportlarını yeniləməyəcək. Vaxtı bitən sənədlər etibarsız hesab ediləcək.
Ednews xəbər verir ki, bu barədə separatçı Arşak Abramyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, ermənilərin bank kartları da fəaliyyətini dayandıracaq və pensiyalar ləğv ediləcək.
Mövzu bu gün Ermənistanın internet resurslarında geniş müzakirə edilib. Bildirilib ki, Qarabağ ermənilərinin Azərbaycanla reinteqrasiyası artıq qaçılmaz hala gəlib.