Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı mətbuat konfransı keçirilib BƏYANAT

Cəmiyyət 14:04 27.04.2023

27 aprel 2023-cü il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı mətbuat konfransı keçirilib. QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə baş vermiş mina hadisəsi ilə bağlı BAMF tərəfindən beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat səsləndirilib. 

Ednews bəyanatın tam mətnini təqdim edir:

“2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdən aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildən BAMF-da çalışıb.

20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə mübarizə proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmiş, kampaniyalar başlatmış, dəfələrlə bəyanatlarla çıxış etmiş və müxtəlif yerli və beynəlxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışmışdır. 2002-ci ildən aktiv fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləmiş və son istifadəçiyə təhvil vermişdir. 

Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işğal dövründə Azərbaycan əraziləri başdan başa minalanmış və ciddi şəkildə çirkləndirilmişdir. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünməz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki və kadr bazasının daha da inkişaf etdirilməsinə də ehtiyac vardır. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən doğru-dürüst mina xəritələri təqdim olunmamışdır və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəninki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xəttləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır.

Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində 3 mina insidenti baş vermişdir ki, nəticədə 5 nəfər mina qurbanına çevrilmişdir. 

Bu bəyanatın əsas məqsədi Azərbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən və bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökümətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azərbaycanın qlobal mina probleminə biganə qalmamağa və onun həllində öz dəstəyini göstərməyə çağırır”.

Oğuz
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Hamısı