“Agentliyimiz şəhid ailələri, əlilliyi olan şəxslər və 18 yaşadək əlilliyi olan şəxslərləri diqqətində saxlayır”.
Ednews xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Sosial proqramlar departamentinin müdiri Azər Rzayev deyib.
O bildirib ki, əlilliyi olan şəxslərə dövlət qayğısı, xüsusilə sanatoriya-kurort yollayışı təminat tədbirlər görülür.
“Bu imtiyazlardan şəhid ailələri, əlilliyi olan şəxslər və 18 yaşadək əlilliyi müəyyən olan şəxslər yararlana bilər. Ötən il ərzində 3200-ə yaxın şəxs imtiyazlarımızdan yararlanıb. Əlavə olaraq, bunlardan 550 şəhid ailələrinin üzvləri olub. Cari ilin birinci rübündə bu rəqəm 448 nəfər təşkil edib”.
Aysel Şahmar