Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin kəşfiyyat qüvvələrinin İŞİD (İŞİD) qruplaşmasının lideri Əbu əl-Hüseyn əl-Hüseyni əl-Quraşinin öldürüldüyünü açıqlayıb.
Ednews TRT – ə istinadən xəbər verir ki, prezident Ərdoğan verdiyi müsahibəsində bildirib ki, Türkiyə kəşfiyyatı əməliyyata başlamazdan əvvəl uzun müddətdir ki, bu qruplaşmanın lideri olduğu iddia edilən şəxsi izləyib. Terrorçu aprelin 30-da Türkiyə milli kəşfiyyat təşkilatının Suriyada keçirdiyi əməliyyat çərçivəsində zərərsizləşdirilib.
“Biz heç bir ayrı-seçkilik etmədən terror təşkilatları ilə mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan əlavə edib.
Suriyanın yerli və təhlükəsizlik mənbələri, basqının Suriyanın şimalında Türkiyənin dəstəklədiyi üsyançı qrupların nəzarətində olan və fevralın 6-da həm Türkiyə, həm də Suriyada baş verən zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri olan Cinderes şəhəri yaxınlığında baş verdiyini bildirib.
İŞİD isə hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Əkbər Şəbəndəyev