Azərbaycanda minatəmizləmə sahəsində xidmətlərə görə yeni medal təsis edilir.
Ednews xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.