Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti mayın 3-də Türkiyəyə yola düşəcək.
Ednews xəbər verir ki, bu barədə informasiyanı spikerin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.
Ermənistan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament başçılarının sammitində iştirak etmək üçün Ankaraya yola düşüb.