Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Narkotikin təsiri altında maşın sürənlər SAXLANILDI

Cəmiyyət A- A A+
Şəmkir rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb. 
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 
 
Bildirilib ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. 
 
Belə ki, qayda pozanlar arasında 3 nəfər sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. 
 
Müayinənin nəticəsinə əsasən K.Məmmədov, H.İsmayılov və V.Hümbətovun narkotik vasitədən istifadə etmələri məlum olub. 
 
Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...