Bu gün Yasamal Rayon İcra Hakimiyyəti yanında Heydər Əliyev Mərkəzində dördəmlərin ailəsinə doğum haqqında şəhadətnamələr təqdim edilib.
Ednews xəbər verir ki, Məmmədli ailəsinin 31 mart 2023-cü ildə dördəmləri dünyaya gəlib.
Bir qız, üç oğlan övladı olan uşaqlara ailə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını veriblər.
Dördəmlərin anası jurnalistlərə açıqlamasında övladlarını Azərbaycan Respublikasının Prezidentinin, Birinci xanımın, Ulu öndərin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə adlandırdıqlarını bildirib.