Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.
Ednews “report.az”a istinadən xəbər verir ki , dava zamanı rayon sakinləri 1990-ci il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin təfərrüatları hələlik məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.