“Sülhün Kökləri” təşkilatının təsisçisi və baş direktoru Heidi Tomas Kuhn Beynəlxalq Mətbuat Fondunun (BAMF) qonağı olub.
Ednews xəbər verir ki, “Sülhün Kökləri” humanitar qeyri-kommersiya təşkilatının təsisçisi və baş icraçı direktoru Haydi Kün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə mayın 9-13-də Azərbaycanda rəsmi səfərdə olub. Səfərin məqsədi ölkədəki mina problemləri ilə yaxından tanış olmaq, onları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək vermək idi.
Ednews onunla müsahibə almaq şansı qazanıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının üzvü Aysəba Mirzəyeva ilə söhbət zamanı Haydi Kün “Sülhün Kökləri” QHT-nin yaradılması və onun missiyasından danışıb.
QHT-nin təsisçisi bildirib ki, o, bu sahədə məqsədyönlü fəaliyyət göstərərək minalara qarşı mübarizədə qüvvələrini birləşdirmək və partlayıcı sursat təhlükəsinin aradan qaldırılmasına dəstək olmaq niyyətindədir.
H.Kün xərçənglə necə mübarizə aparmasından da bəhs edib. O, minaların qurbanı olan insanları görəndə özünü pis hiss etdiyini deyib və bununla bağlı gördüyü işləri diqqətə çatdırıb.
Ednews sözügedən müsahibəni təqdim edir: