Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Ednews-a verdiyi məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.
İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi hərbçidir.