Sabunçu rayonunda quyuya düşərək ölən uşaqların adları məlum olub.
Ednews oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər - Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur.
Uşaqlar dost olub və ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb.