"WhatsApp" hesabınızın təhlükəsizliyindən əmin olmaq üçün sadalananlara xüsusi diqqət yetirməyiniz tövsiyə olunur.
Ednews xəbər verir ki, qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.
1) İkifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirin;
2) Tətbiqi ən son versiyaya yeniləyin;
3) Mesajların tərkibindəki şübhəli keçidlərə daxil olmayın və faylları yükləməyin;
4) Təsdiqləmə kodunu heç kəslə paylaşmayın.