Yaponiyada G7 Liderlər Zirvəsi öz işinə başlayıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, zirvə görüşü Yaponiyanın sədrliyi ilə ölkənin cənub-qərbində yerləşən Xirosima şəhərində keçirilir.
3 gün davam edəcəyi nəzərdə tutulan sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edirlər.
Mayın 21-dək keçiriləcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.
Qeyd edək ki, G7-nin təhlükəsizliyini təmin etmək üçün təxminən 24 min təhlükəsizlik işçisi prosesə cəlb edilib.