Azıx mağarası ilə bağlı işçi qrup yaradıldı - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azıx mağarası ilə bağlı işçi qrup yaradıldı

Cəmiyyət A- A A+
"Azıx mağarasında tədqiqat işlərinin aparılması üçün işçi qrup yaradılıb".
 
Ednews  xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.
 
O bildirib ki, artıq ekspedisiyanın tərkibi hazırdır və beynəlxalq ekspertlərlə də danışıqlar aparılıb:
 
"Müvafiq tapşırıq veriləndən sonra 15 gün müddətində ekspedisiya qrupu bir araya gələcək və Azıx mağarasında tədqiqatların aparılmasına başlanılacaq. Azıx mağarasından sadəcə nümunələr götürüləcək və onlar analiz ediləcək.
 
Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Ona görə də ekspedisiya ora gedən zaman arxeoloji qazıntı aparmayacaq. Bundan başqa, Tağlar mağarasında da tədqiqatlar aparılacaq".
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...