“Bu ilin yanvar-aprel aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 77,5%-i ( 1 932 299 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib”.
Ednews xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 20,6%-i (514 780 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində) yararlanıb.
O bildirib ki, 47 353 abonent, ümumilikdə isə abonentlərin cəmi 1,9%-i qəpiklik tarifdən istifadə edib.