Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ednews-a bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, ümumilikdə 16 nəfər ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
13:40
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən magistral yolda qeydə alınıb.
Mikroavtobus və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 5 nəfər xəsarət alıb.