Yevlaxda avtomobil kanala düşdü 1 nəfər batdı

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfər batıb.
 
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.