Gəncədə Ərdoğanın qələbəsi təntənəli şəkildə qeyd olunur

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycanın Gəncə şəhərində təntənəli şəkildə qeyd olunur.
 
Ednews xəbər verir ki, Ərdoğanın qələbəsi şəhərdə coşqu ilə qarşılanıb.
 
Çox sayda sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi meydanında toplaşaraq bu qələbəni bayram kimi qeyd edirlər.