Pərviz Şahbazov “OPEC plus” nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyaya səfər edib.
 
Bu barədə  Ednews-a nazirlikdən bildirilib.
 
Nazir bu gün Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək.
 
İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.