Daxili İşlər Nazirliyi Ağsuda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ednews-a verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “Kamaz” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.