“Azərbaycanın təbiəti olduqca zəngin və gözəldir. Burada olmaqdan çox məmnunam”.
Bunu Ednews-a açıqlamasında “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz deyib.
O Allahın gözəl torpağı olan Azərbaycanda olduğunu qeyd edib.
“İndi dağların yaşıllıqların və buludların arasındayıq. Ölkələrə səyahətlərim çox olub. Azərbaycan gözəlliklərini gözümlə gördükdən sonra beynimdəki suallar öz cavabını tapdı. Azərbaycan çox gözəl və inkşaf etmiş ölkələrdən biridir. Bunu burada qonaq olduğum üçün demirəm. Həqiqətən gözəl olduğu üçün deyirəm. Həmçinin bu gözəlliyi çox yüksək qiymətləndirirəm”.
Direktor Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tanış olmaq üçün böyük qapı olduğunu vurğulayıb:
“Həmçinin Azərbaycan Mərkəzi Asiyada sənədli filmlər çəkmək üçün əsas yerlərdən biridir. Biz bu gün Azərbaycanı gəzirik. Ümid edirik ki, digər Mərkəzi Asiya ölkələrinədə səyahət edəcəyik. Düzdür, Orta Asiya ölkələri haqqında filmlər çəkmişik. Region ölkələrinin keçdiyi tarixi yollarını, mədəniyyətini, reallığını, cəmiyyətini və mövcud siyasi problemlərini daha yaxından tanımağa çalışırıq. Bura siyasi vəziyyəti təhlil etməyə deyil, daha çox mədəniyyət və tarixi araşdırmağa gəlmişik. Siyasət dəyişir amma mədəniyyət qalır. Gözəl Azərbaycan torpağından hamıya salamlar”.