Qarabağa köçürüləcək ailələrin sayı AÇIQLANDI

“Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq prosesi haqqında məlumat verdik. Artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır”. 
 
Ednews  xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərə açıqlamasında deyib. 
 
E.Hüseynov bildirib ki, Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi hədəflənib: 
 
“Bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir”. 
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU